• cümə, 29 Mart, 09:20
  • Baku Bakı 5°C

Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər

24.11.20 10:15 378
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Avropa Komissiyasının və Avropa Şurasının sədrləri Ursula fon der Lyayen və Şarl Mişel ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Aİ-ABŞ münasibətlərini müzakirə ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ursula fon der Lyayen və Şarl Mişel öz "Twitter" hesablarında yazıblar.
Şarl Mişel bildirib: "Gəlin güclü Aİ-ABŞ ittifaqını bərpa edək. Yeni seçilmiş prezident Baydenlə danışdım və onu gələn il Brüsseldə keçiriləcək 27 Aİ ölkəsinin xüsusi görüşünə dəvət etdim. İndi COVID-19, iqlim dəyişikliyi, təhlükəsizlik sahəsində güclərimizi birləşdirməyin tam vaxtıdır".
Şarl Mişel öz nəvbəsində yeni seçilmiş ABŞ prezidenti C.Baydenlə danışmaqdan məmnun olduğunu qeyd edib: "Mən onu qələbə münasibətilə təbrik etdim. Bu, Aİ-ABŞ qlobal tərəfdaşlığı üçün yeni bir başlanğıcdır. Güclü birgə fəaliyyət əməkdaşlıq, çoxtərəflilik, həmrəylik və ortaq dəyərlərə əsaslanan qlobal gündəm formalaşdıra bilər".

banner

Oxşar Xəbərlər