• cümə, 29 Mart, 13:29
  • Baku Bakı 14°C

Avropa çempionatında çıxış edəcək qadın güləşçilərimiz müəyyənləşib

18.04.21 10:15 778
Avropa çempionatında çıxış edəcək qadın güləşçilərimiz müəyyənləşib
Aprelin 18-də qadın güləşi üzrə Azərbaycan yığması Polşaya yollanacaq.
Kaspi.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, millimiz Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Qitə birinciliyində ölkəmizi baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kiloqram), Tatyana Varansova (53 kiloqram), İrina Netreba (65 kiloqram), Elis Manolova (68 kiloqram) və Səbirə Əliyeva (76 kiloqram) təmsil edəcəklər.
Yarışın proqramına əsasən, aprelin 20-də qadın güləşində bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Mariya Stadnik, Elis Manolova, Səbirə Əliyeva, aprelin 22-də isə Tatyana Varansova və İrina Netreba mübarizəyə start verəcəklər.
banner

Oxşar Xəbərlər