Avropa bu il ciddi sınaqlarla üzləşə bilər
Sözsüz ki, başa çatan 2016-cı il Avropa İttifaqı (Aİ) üçün ciddi
sınaqlar ili kimi yadda qalacaq. Ard-arda terror aktları, miqrant böhranı,
Ukraynaya görə Rusiya ilə yaşanan gərginlik, ən əsası, Böyük Britaniyanın
qurumu tərk etmək barədə qərar qəbul etməsi – ittifaqın daxilindəki
ziddiyyətləri daha da artırmış oldu. Lakin məsələ ondadır ki, bu il də Aİ-yə pozitiv nəsə
vəd etmir. Nüfuzlu Qərb nəşrlərinin gəldiyi qənaət budur. Məsələn, Birləşmiş
Ştatların "Project Syndicate”
nəşrində dərc edilən "Avropa İttifaqı populizmi üstələyə biləcəkmi?”
məqaləsində müəllif Daniel Qross vurğulayır ki, bu il də Aİ-nin mövcudluq
təhlükəsinin yaşandığı təhlükəli il kimi yadda qala bilər. Yaxşı xəbər yalnız budur
ki, Aİ 2016-cı ilin ən qalmaqallı hadisəsini Böyük Britaniyanın Aİ-dən çıxmaq
barədə referendumunu (Breksit) ağrısız keçirə bildi. Yəni proses idarəolunan
səviyyədə getdi. Pis xəbər isə odur ki, bu il Fransa və İtaliyada hakimiyyətin
populistlər tərəfindən ələ keçirilməsi perspektivi realdır. Hər iki halda bu,
Avropa İttifaqının mövcudluğunun sonu demək olacaq.
Müəllif yazır ki, Aİ artıq
populistlərin əsas məqsədinə çevrilib. Onların da məramı Aİ-dən uzaqlaşmaqdır.
Bu təhlükə ilk dəfə Yunanıstanda qeydə alınıb - 2015-ci ilin yanvarında
solyönümlü "Siriza”nın hakimiyyətə gəlməsi ilə. Düzdür, bu partiya Yunanıstanı
Aİ-dən çıxarmağı qarşıya məqsəd qoymamışdı, sadəcə, kreditor ölkələrlə
razılaşma şərtlərini asanlaşdırmaq niyyətində idi. Onlar isə Yunanıstan üçün
ağır büdcə şərtləri irəli sürürdülər. Ən önəmlisi isə odur ki, solların mövqeyi
vətəndaşların mövqeyi ilə üst-üstə düşürdü. Bu səbəbdən də 2015-ci ilin
iyununda seçicilərin əksəriyyəti kreditorların Yunanısan üçün təklif etdiyi
təklifləri rədd etdilər. Həmin təkliflər isə dövlət xərclərinin kəskin şəkildə
azaldılmasını nəzərdə tuturdu.
Digər ölkələrdə də vəziyyət ürəkaçan deyil. Avstriyada sağların
populizm ideyalarını dəstəkləyənlərin sayı artır. Almaniyada da analoji
vəziyyətdir. Bu il Avropa İttifaqının bel sütununu təşkil edən bu ölkədə seçkilər
keçiriləcək və onun nəticəsi hazırkı kansler Angela Merkel üçün acınacaqlı ola
bilər.
Ən ağrılı məsələlərdən biri olan miqrantlar məsələsi də əksər Avropa
ölkələrində bütün çılpaqlığı ilə üzə çıxıb. Əksər ölkələr ümid edirdilər ki,
Türkiyə ilə əldə olunan razılaşma problemi həll edəcək. Lakin bu, baş vermədi.
Əksinə, rəsmi Ankara ilə Brüssel arasındakı ziddiyyətlər daha da dərinləşdi.
Türkiyənin PKK və onun havadarı HDP-yə qarşı apardığı mübarizə Avropaya xoş gəlmədi
və nəticədə Türkiyə üzvlük barədə danışıqları dondurulması təklifi gündəmə
gəldi. Rəsmi Ankara da buna cavab olaraq Brüsseli ikili standartlardan çıxış
etməkdə günahlandırdı.
Yeri gəlmişkən, nüfuzlu "Eurasia Group”un nəşr etdiyi hesabatda da
2017-ci ildən gözləntilər öz əksini tapıb.Dünyanın ən böyük siyasi
məsləhət şirkəti "Eurasia Group”a görə, 2017-ci il Donald Trampın rəhbərlik
edəcəyi ABŞ, yoluna eyni iqtisadi artım rəqəmləri ilə davam edən Çin və yeni
ilə zəifləyən baş naziri ilə başlayan Almaniya üçün ikinci dünya müharibəsindən
bu yana ən dalğalı il ola bilər. Şirkət hesabatında"beynəlxalq müharibə
və ya iri dövlət müəssisələrinin iflası düşünülə bilər” ifadələrinə yer verib. "Eurasia”nın
hesabatına görə, Trampın Rusiya ilə "buzları” əridəcəyisiqnalları
verməsi, NATO-ya şübhə ilə yanaşması və Avropada yüksələn sağ ilə yaxınlığı, İkinci
dünya müharibəsindən sonra yaranmış qlobal sistemi zəiflədir."Eurasia
Group” Almaniya, Fransa, Niderlanddakı seçkiləri, Böyük Britaniyanın Avropa İttifaqından
çıxma prosesinin başlamasını, ABŞ-da güc nisbətlərinin dəyişməsinin inkişaf
edən iqtisadiyyatlarda yaratdığı təzyiqi və Avropadakı qaçqın böhranını 2017-ci
ilə sabitliyə yönələn başlıca təhdidlər arasında görür.
Hesabata görə,
Çinin dövlət başçısı Tsi Cinpin ABŞ-ın ölkəsi ilə bağlı siyasətini
dəyişməsinə sərt cavab verə bilər: "O, milli sabitliyi təmin etmək üçün hər
hansı bir iqtisadi problemə də həddən artıq reaksiya verə bilər. Aİ-Türkiyə
arasında imzalanan, ancaq həyata keçməyən qaçqın müqaviləsi, Yunanıstanın borc
böhranı və Brexit-dən sonrakı atmosferlə üzbəüz olan Almaniya kansleri Angela
Merkel payızda seçki yarışına girəcək”. Merkelin ardıcıl dördüncü dövrdə də
qələbə qazanacağını nəzərdə tutan "Eurasia”yaya görə, Fransada apreldə baş tutacaq
seçkilərdə ifrat sağçı Milli Cəbhənin qalib çıxması ehtimalı böyükdür. "Bloomberg”
televiziyasına danışan Nyu-York Universitetinin iqtisadiyyat üzrə professoru
Nouriel Roubini, Milli Cəbhə lideri Marina Le Penin Fransada prezident
seçkisindən qalib çıxmasının Avropa üçün ən böyük risk olduğunu deyib:"Əgər
Le Penvəzifəyə gələrsə, İtaliyada da Aİ əleyhdarı bir partiya
qalibolarsa,bu, Avropa və avrobölgəsinin sonu ola bilər”. Ümumiyyətlə,
"Eurasia”nın 2017-ci il üçün nəzərdə tutduğu digər risklər belədir:
1."Müsbət gedişatda” olan Çin xaric, aralarında Türkiyə,
İtaliya, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Birləşmiş Krallığın da
olduğu 14 ölkədə iqtisadi islahatların çatışmazlığı,
2.Siyasətçilərin iqtisadi çətinliklərdə başda Amerika FED olmaqla,
mərkəzi bankları ittiham etmələri. "Eurasia Group” bu tip "ittihamların”
2017-də qlobal bazarlar üçün risk yaradacağını deyir,
3. Şimali Koreyanın nüvə proqramının ABŞ üçün təhlükə yaratması.
4.Türkiyədə dövlət nəzarətinin artması, faizlərin aşağı
saxlanılması üçün təzyiqin güclənməsi və iqtisadiartımda yavaşlamanı
dayandırmaq üçün maliyyə təşviqlərinə olan asılılığın artması.
Beləliklə, hər iki nəşrin yazdıqlarından bu qənaətə gəlmək olar ki,
2017-ci il dünya tarixinə ciddi sınaqlar və silkələnmələr ili kimi düşə bilər. Keçirilən
son sorğular və verilən proqnozlar da bunu deməyə əsas verir.
Azər