• cümə axşamı, 25 aprel, 12:43
  • Baku Bakı 23°C

Avroliqanı qazanmaq istəyir - Sabiq “Qəbələ”li

11.05.17 15:45 1025
Avroliqanı qazanmaq istəyir - Sabiq “Qəbələ”li
"Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Moskva "Lokomotiv”ini çalışdıran Yuri Syomin mətbuata müsahibə verib.
Kaspi.az xəbər verir ki, Syomin gələcək hədəfləri barədə də danışıb. O, Avropa Liqasının qalibi olmaq istədiyini vurğulayıb:
"Özümə məşqçi kimi nə arzulayıram? Hm. Bilirsiniz, Valeri Qazzayevlə çoxdan rəqabət aparıram. Valera UEFA kubokunu qazanıb. Mən də avrokubokun qalibi olmaq istəyirəm.
Məsələn, gələn mövsüm Avropa Liqasının. İnanın mənə, bu, sadəcə, bir arzu deyil. "Lokomotiv”lə hər şey etmək mümkündür”.
Rusiya kubokunu qazanan "Lokomotiv” Avropa Liqasına vəsiqə əldə edib.
banner

Oxşar Xəbərlər