• şənbə, 20 Aprel, 18:00
  • Baku Bakı 24°C

Avroliqada "Qəbələ" və "Kəpəz"in oyunlarının hakimləri məlumdur

25.06.16 02:08 1320
Avroliqada "Qəbələ" və "Kəpəz"in oyunlarının hakimləri məlumdur
Avropa Liqasında "Qəbələ" və "Kəpəz"in oyunlarının hakimləri açıqlanıb.
Trend AFFA-ya istinadən məlumat verir ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyunun 30-da, "Bakcell Arena”da keçiriləcək "Qəbələ” – "Samtredia” (Gürcüstan) oyununa hakim təyinatı açıqlanıb:
Baş hakim: Dzianis Şçarbakou
Baş hakimin köməkçiləri: Dzmitri Zhuk, Yuri Khomçanka
Dördüncü hakim: Siarhei Tsynkeviç
(Hakimlər briqadası Belarusdandır)
Hakim-inspektor: Aleksey Spirin (Rusiya)
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyunun 28-də "Dalğa Arena”da keçiriləcək "Kəpəz” – "Daçiya” (Moldova) oyununu isə Qazaxıstanı təmsil edən hakimlər idarə edəcək:
Baş hakim: Aleksander Gauzer
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov
Dördüncü hakim: Daniyar Sakhi
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Aleh Chykun (Belarus)
banner

Oxşar Xəbərlər