• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

Avro 21 aylıq minimuma enib

05.12.16 11:19 775
Avro 21 aylıq minimuma enib
İtaliya keçirilən referendumun nəticələri açıqlandıqdan sonra avro dünya valyutalarına nisbətən ucuzlaşmaqdadır.
"APA-Economics" "MarketWatch" portalına istinadən xəbər verir ki, bugünkü ticarət sessiyasının açılışında avronun məzənnəsi 1,0505 dollar səviyyəsinə enib. Bu isə ötən ilin mart ayında qeydə alınan minimum səviyyədir. Hazırda avro 1,0574 dollara ticarət olunur. Qeyd edək ki, Avrozonanın vahid valyutası ötən ticarət sessiyasını 1,0664 dollar səviyyəsində yekun vurub."BMO Financial Group"un bölmə müdiri Stiven Qalo avronun dollara qarşı 1% ucuzlaşacağını proqnozlaşdırır. "Avrozonanın dağılma riski artır", - deyə o bildirib.
Avro noyabr ayının ortalarından etibarən ucuzlaşmaqdadır və hazırda bu valyutanın məzənnəsi 2000-ci illərin əvvəlindəki səviyyəyədək geriləyib. Bu, avro ilə dollar arasında paritetin yaranma riskini artırır. Sonuncu dəfə avro/dollar cütlüyündə paritet 2002-ci ildə müşahidə olunub.
Ötən gün İtaliya konstitusiyasına dəyişikliklərə dair referendumdan sonra baş nazirMatteo Renziməğlubiyyətini etiraf edib və istefa verəcəyini açıqlayıb. Bu qərar Avropa İttifaqının birliyi üçün risklər yaratmaqdadır.
banner

Oxşar Xəbərlər