Avro-2020-nin taleyi martın 17-də bəlli olacaq
UEFA Çempionlar
L iqasının və Avro-2020-nin taleyi ilə bağlı qəti qərarı martın 17-də verəcək.
Kaspi.az xəbər
verir ki, həmin gün Avropanın ali futbol qurumunun konfransı keçiriləcək.
Konfransa videobağlantı vasitəsilə baş tutacaq.
Onlayn
konfransda UEFA-nın beynəlxalq birliklərinin nümayəndələri, Avropa Klubları
Assosiasiyasının (ECA) üzvləri və Beynəlxalq Peşəkar Futbol Assosiasiyaları
Federasiyasının (FIFPro) nümayəndələri iştirak edəcəklər.
İlkin məlumata
görə, UEFA Çempionlar Liqası və Avropa Liqasının dayandırılması ilə bağlı qərar
çıxaracaq. Bununla da UEFA Avro-2020-ni vaxtında keçirməyi planlaşdırır.