• şənbə, 20 Aprel, 13:06
  • Baku Bakı 23°C

AVRO-2017-nin ilk günündə 7 oyun keçirilib

23.09.17 09:20 1329
AVRO-2017-nin ilk günündə 7 oyun keçirilib
Bu gün Azərbaycan və Gürcüstanda qadın voleybolçular arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 7 matç baş tutub.
A qrupunda yer alan Azərbaycan Macarıstana qalib gəlib. Rəqiblərimizdən Polşa isə Almaniyanı məğlub edib.
Milli Gimnastika Arenasında bu 2 görüşlə yanaşı, daha 1 matç oynanılıb. C qrupunda iştirakçılarından Ukrayna Rusiya ilə üz-üzə gəlib. Məhz bu qarşılaşma turnirin açılış görüşü olub.
Tiflisdə mübarizə aparan B qrupunda İtaliya Gürcüstanla, Belarus Xorvatiya ilə münasibətinə aydınlıq gətirib.
D qrupunun iştirakçıları Göygöl Olimpiya İdman Kompleksində yarışıblar. Qrupun ilk matçında Serbiya Çexiya ilə üz-üzə gəlib. Bu qarşılaşmadan sonra isə Hollandiya Belçika ilə gücünü yoxlayıb.
Avro-2017
Qrup mərhələsi
I tur
22 sentyabr
A qrupu (Bakı)
Macarıstan - Azərbaycan - 0:3 (23:25, 14:25, 16:25)
Polşa – Almaniya - 3:2 (23:25, 25:15, 18:25, 25:23, 15:5)
B qrupu (Tiflis)
İtaliya – Gürcüstan - 3:0 (25:14, 25:11, 25:12)
Belarus – Xorvatiya - 3:2 (10:25, 15:25, 25:21 25:20, 15:9)
C qrupu (Bakı)
Ukrayna – Rusiya - 2:3 (18:25, 25:20, 23:25, 25:23, 13:15)
D qrupu (Gəncə/Göygöl)
Serbiya - Çexiya - 3:0 (25:22, 25:16, 25:23)
Hollandiya – Belçika - 3:1 (23:25, 25:12, 25:21, 25:14)
banner

Oxşar Xəbərlər