• cümə axşamı, 28 mart, 22:11
  • Baku Bakı 13°C

“Aura”da stolüstü tennis yarışı keçirilib

05.05.14 16:51 1413
“Aura”da stolüstü tennis yarışı keçirilib
“Excelsior Hotel Baku”nun “Aura” sağlamlıq mərkəzində tennis yarışı keçirilib. Yarış “Aura” sağlamlıq mərkəzinin bu idman növü üzrə məşqçisi Tahir Namazovun hakimliyi ilə keçirilib. Yarışda qalib gələn iştirakçılara sertifikatlar, “AtaBank” ASC və “AtaSığorta” ASC-dən hədiyyələr təqdim olunub.
“Aura” sağlamlıq mərkəzinin meneceri Şahin Qədimov stolüstü tennisin ən yaxşı idman növlərindən biri olduğunu bildirib. Stolüstü tennis oyunu orqanizmin müxtəlif sistemlərinə müsbət təsirini göstərir. Oyun zamanı oyunçunun hərəkətlərinin koordinasiyası, ürək-damar sisteminə yüngül təsir baş verir, tənəffüs orqanları, çeviklik və cavab reaksiyasının surəti, görmə qabiliyyəti, analitik bacarıqları, diqqəti cəmləşdirmək kimi cəhətləri inkişaf edir. Stolüstü tennis insanın müxtəlif orqanizm sistemlərinə müsbət təsir göstərməklə, həm də müsbət emosiyalar verir. Buna görə də, stolüstü tennis - hamı üçün oyundur!
Əlavə edək ki, “Aura” Sağlamlıq Mərkəzinə üzvlük abonementi əldə etməklə “Excelsior Hotel Baku”-nun “Aura” sağlamlıq mərkəzinə stolüstü tennislə məşğul olmaq mümkündür. Ətraflı məlumat üçün “Excelsior Hotel Baku”nun (012) 496-78-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Xatırladaq ki, “Excelsior Hotel Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Mehmanxana 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – standart, 9 “Duke” – kiçik otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və sairdən ibarətdir.
banner

Oxşar Xəbərlər