AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ATV-nin saytlar şəbəkəsi yaradıldı

ATV-nin saytlar şəbəkəsi yaradıldı

Təfsilat
25 Dekabr 2012, 10:55 1766
"Azad Azərbaycan" Televiziyasının internet saytları şəbəkəsi fəaliyyətə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, şəbəkəyə televiziyanın rəsmi internet səhifəsi atv.az saytı, "Azad Azərbaycan" Televiziyasının xəbər portalı olan atvxeber.az saytı, 106 FM radosunun 106fm.az və 106.3 FM radiosunun 106-3fm.az saytları daxildir.

atv.az saytında televiziya, onun verilişləri və seriallar haqqında məlumat əldə etməklə yanaşı veriliş və seriallrın videoyazısına baxmaq da mümkündür.

atvxeber.az xəbər portalıda ölkədə və dünyada baş verən hadisələrdən xəbər tutmaq mümkündür. Burda həmçinin "ATV XƏBƏR"in əsas buraxılışı olan saat 21:00 buraxılışının videoyazısını izləmək olur.

Yeni ildən artıq atvxeber.az xəbər portalında video müsahibələri də izləmək mümkün olacaq.