• cümə axşamı, 25 aprel, 12:28
  • Baku Bakı 23°C

ATU-nun yeni doktorant və dissertantları ilə görüş keçirilib - Fotolar

23.02.17 13:00 1093
ATU-nun yeni doktorant və dissertantları ilə görüş keçirilib  - Fotolar
Azərbaycan Tibb Universitetinin doktorantura və dissertantura şöbəsinə qəbul başa çatıb. Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertant adını qazanan gənc alimlərlə görüşüb, onları təbrik edib.

Rektor G.Gəraybəyli bildirib ki, Tibb Universitetində təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada bütün proseslər tamamilə şəffaf aparılır. Professor Gəray Gəraybəyli gənclərə elmi işlərlə bağlı mövzu seçimi, işlərin aparılması, elmi tədqiqatlarda məsuliyyətli olmağı məsləhət görüb.

Görüş zamanı gənc alimlər təhsil və tədrisin təşkil iilə bağlı öz fikirlərini bildirib, təkliflərini səsləndirdilər. Rektor doktorant və dissertantlara gələcəkdə üzləşdikləri hər bir çətinliklə bağlı rəhbərliyə müraciət etməyi tövsiyyə etdi.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetinin doktorantura və dissertantura şöbəsinə 30 nəfər qəbul olub. Onlardan 19-u dissertant, 11-i doktorantdır.


banner

Oxşar Xəbərlər