• cümə, 29 Mart, 11:14
  • Baku Bakı 5°C

ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub

07.07.20 11:08 476
ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub.
Trend-in məlumatına görə, bunu universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova deyib.
Onun sözlərinə görə, virusa yoluxan tibbi personalın 21-i reanimasiya şöbəsinin həkimidir.
G.Aslanova ATU-nun Tədris Terapevtik Klinikasında da tibbi personal arasında yoluxma hallarının olduğunu söyləyib.
G.Aslanova qeyd edib ki, Tədris Terapevtik Klinikada 24 tibb işçisi virusa yoluxub: "Onların arasında həkim, tibb bacısı, sanitar işçisi də var. Amma həmin şəxslərdən artıq sağalıb işə qayıdanlar da var".
banner

Oxşar Xəbərlər