AZE | RUS | ENG |


ATU-nun prorektoru: “Ana südü ilə qidalanan körpələrdə xəstəliklərə yoluxma digərlərinə nisbətən 4-5 dəfə az olur”

ATU-nun prorektoru: “Ana südü ilə qidalanan körpələrdə xəstəliklərə yoluxma digərlərinə nisbətən 4-5 dəfə az olur”
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib.
 
 APA-nın xəbərinə görə ATU-nun prorektoru Rauf Bəylərbəyov bildirib ki, tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNICEF-in təşəbbüsü ilə keçirilən ana südü ilə qidalandırma həftəsinə dair məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdir. O vurğulayıb ki, körpələrin ana südü ilə qidalandırılması hər bir dövrdə və ölkədə ən mühüm məsələlərdən biri olub.
 
Prorektorun sözlərinə görə, körpənin ana südü ilə qidalandırılması həm uşağın, həm də ananın sağlamlığı üçün çox vacibdir. 2 yaşınadək ana südü ilə qidalanan uşaqlarda kəskin respirator viruslar, diareya və digər xəstəliklərlə xəstələnmə digər uşaqlarla müqayisədə 4-5 dəfə az olur: "Süni qidalar isə ölü qida hesab olunur və onu uşaqlara vermək olmaz. Çünki belə qidalar uşaqların müəyyən müddətdən sonra müxtəlif xəstəliklərə daha tez yoluxmasına şərait yaradır”.
 
Tədbirin davamında ATU-nun Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının müdiri Amaliya Əyyubova, I uşaq xəstəlikləri kafedrasının müdiri Səfixan Həsənov, III uşaq xəstəlikləri kafedrasının dosenti Ələkbər Həsənov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN