• cümə, 29 Mart, 00:26
  • Baku Bakı 7°C

ATU əməkdaşı COVİD-19-a yoluxma dinamikasının riyazi modelini qurub

22.04.20 16:00 585
ATU əməkdaşı COVİD-19-a yoluxma dinamikasının riyazi modelini qurub
Azərbaycanda koronavirusa yoluxma azalacaq

Azərbaycan ərazisində COVID-19 virusuna yoluxma dinamikasının zamandan asılılığının müəyyən edilməsi ilə bağlı Azərbaycan Tibb Universitetində tədqiqat aparılıb. ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent Şahin Bayramov tədqiqatların nəticələrinə əsasən, yoluxma dinamikasının riyazi modelini qurub.
Ş.Bayramovun sözlərinə görə, tədqiqatda ölkəmizdə epidemiyaya qarşı mübarizə sxeminə əsaslanan riyazi modelləşdirmə metodundan istifadə edilib. 1-ci qrafikdə təqdim olunan bu model ölkəmizdə koronovirus epidemiyasının dinamikasını proqnozlaşdırmağa imkan verir.
Alınmış nəticələr hazırda ölkədə tətbiq olunan karantin rejiminin və digər mübarizə şərtlərinin öz müsbət təsirini göstərməklə yanaşı, epidemioloji vəziyyətin tam nəzarət altında saxladığını sübut edib. Qurulmuş riyazi modelə əsasən müəyyən edilib ki, mövcud karantin rejiminin davam etdiyi halda, çox yaxın gələcəkdə, koronavirusa yoluxanların sayının azalması müşahidə ediləcək. Bunu 2-ci qrafikdə göstərilən nəticələrdən görmək mümkündür.


banner

Oxşar Xəbərlər