• cümə axşamı, 28 mart, 16:51
  • Baku Bakı 16°C

Atletlərimizin XXIX Ümumdünya Yay Universiadasındakı çıxış cədvəli müəyyənləşib

19.08.17 20:15 1372
Atletlərimizin XXIX Ümumdünya Yay Universiadasındakı çıxış cədvəli müəyyənləşib
Avqustun 19-30-da Tayvanın paytaxtı Taypey şəhərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək.
AZƏRTACxəbər verir ki, yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək.
Azərbaycan ağır atletika yığmasının iki üzvü də onların arasındadır.
Millimizin heyətində Məhəmməd Məmmədli (62 kq) və Azər Məmmədli (105 kq-dan yuxarı) körpücük üzərinə çıxacaqlar.
M.Məmmədli avqustun 20-də Bakı vaxtı ilə saat 15:00-da, A.Məmmədli isə avqustun 25-də saat 12:30-da yarışacaq.
banner

Oxşar Xəbərlər