“Atletiko ölüb” deyənlər onu yaxşı tanımırlar
"Atletiko”nun sabiq idman direktoru Ramon Monçi komandanın hazırkı
durumu barədə danışıb.
Kaspi.az xəbər verir ki, hazırda "Roma”da idman direktoru kimi
çalışan Monçi "Atletiko”nu siyahıdan silməyin tez olduğunu bildirib. O, "hinduları”ın
baş məşqçisi Dieqo Simeonenin xarakterini nəzərə alaraq, belə iddiada olduğunu
vurğulayıb:
"Kim hesab edirsə ki, "Atletiko” ölüb, həmin şəxslər Simeoneni yaxşı
tanımırlar. Bəli, komandada eniş var idi. Ancaq indi dirçəliş başlayıb.
Bu səviyyədə tələblər çox yüksək olur. Bu qədər səhvlərə yol verə
bilməzsən. Bundan əlavə, şübhələr hər an daha da möhkəmlənə, reallıq isə
tamamilə fərqli ola bilər”.