• cümə, 19 Aprel, 21:39
  • Baku Bakı 24°C

ATƏT sədri Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

12.01.17 17:27 1114
ATƏT sədri Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Avstriyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə,ATƏTsədri rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə Rusiya-Avstriya münasibətləri,ATƏTçərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan başqa,ATƏTməkanındakı münaqişələr, o cümlədən Daglıq Qarabag problemi və Ukrayna məsələsi də müzakirə mövzusu olacaq.
banner

Oxşar Xəbərlər