• cümə axşamı, 25 aprel, 18:49
  • Baku Bakı 21°C

ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək

18.04.17 12:40 448
ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək
"ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərədəvət edilib və o, dəvətiməmnuniyyətlə qəbul edib"."Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini, deputat Azay Quliyev deyib.
Oəlavə edib ki, yaxın zamanlarda dəvəti bir daha rəsmi formadaqarşı tərəfə çatdıracaqlar: "Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Mən bu məsələni bir daha xanım Muttonenə çatdıracam və konkret tarixi də müzakirə edəcəm. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki,Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək".
A.Quliyev xatırladıb ki, ötən ay Milli Məclis sədriOqtay ƏsədovSankt-Peterburqda K.Muttonenlə görüşüb və əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib.
ATƏT PA-nın sədr müavini bildiribki, Sankt-Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir.
banner

Oxşar Xəbərlər