• çərşənbə axşamı, 19 mart, 09:08
  • Baku Bakı 8°C

ATƏT PA-nın xüsusi nümayəndəsi: “Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”

26.09.17 16:37 1427
ATƏT PA-nın xüsusi nümayəndəsi: “Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”
"Gələn ilATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər”.

APA-nın məlumatına görə, bunuATƏTParlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə səsləndirib.

K. Vigenin Azərbaycan tərəfininATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: "Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Gələn ilATƏT-in Minsk qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar, Minsk qrupunun tərkibinə yenidən baxıla bilər. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. YalnızATƏT-in Minsk qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”.

K. Vigenin vurğulayıb ki, münaqişə ilə bağlı mövcud "status-kvo”ATƏTParlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir.
banner

Oxşar Xəbərlər