• cümə, 29 Mart, 04:49
  • Baku Bakı 7°C

ATƏT PA-nın xüsusi nümayəndəsi: "Dağlıq Qarabağa getmək istəyirəm"

05.07.16 18:26 1066
ATƏT PA-nın xüsusi nümayəndəsi: "Dağlıq Qarabağa getmək istəyirəm"
"Dağlıq Qarabağa nə vaxt getmək imkanımın olacağını deyə bilmərəm. Lakin Qarabağa getmək istərdim".

BunuAPA-nın Gürcüstan müxbirinə açıqlamasındaATƏTParlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, bolqarıstanlı deputat Kristian Vigenin Dağlıq Qarabağa səfərinin nəzərdə tutulub-tutulmaması barədə suala cavabında deyib.
"Müəyyən şərtlərə əməl etməklə və təbii ki, AzərbaycanXarici İşlər Nazirliyilə əməkdaşlıq çərçivəsində düşünürəm ki, bunu tezliklə edə bilərik", - deyə o qeyd edib.

K. Vigenin erməni tərəfinin Türkiyəyə qarşı soyqırımı iddialarına da münasibət bildirib.

"Onu deyə bilərəm ki, bu kimi hadisələrin bir daha təkrarlanmamasını istəyirəm. Tarixçilər, araşdırmaçılar bütün bunları diqqətlə öyrənməlidirlər. Deyirlər ki, biz tariximizi nə qədər öyrənir və xatırlayırıqsa, o zaman tarixdə baş vermiş səhvləri təkrarlamırıq. Ona görə bütün bunları öyrənmək lazımdır", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər