• şənbə, 20 Aprel, 19:37
  • Baku Bakı 24°C

ATƏT PA-nın prezidenti: “Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək”

31.10.17 18:15 1101
ATƏT PA-nın prezidenti: “Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək”
"Bakı-Tbilisi-Qarsdəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir”.

BunuAPA-nın Gürcüstan bürosuna açıqlamasındaATƏTParlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: "Hazırda biz bütün dünyada "İpək yolu” mövzusunda fəal diskussiyalar aparırıq.ATƏTParlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə "İpək yoluna dəstək qrupu” yaradılıb”.
G. Sereteli bildirib ki,Bakı-Tbilisi-Qarsdəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq: "Bununla yanaşı, daha yaxşı iqtisadiyyat siyasi vəziyyətə də müsbət təsir edir. Bu dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyədə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, həmin ölkələrə daha çox investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılmasına kömək edəcək.”.

Gürcüstan təmsilçisi bəyan edib ki, üç ölkə arasında strateji tərəfdaşlıqBakı-Tbilisi-Qarsdəmir yolu kimi layihələrlə sübut olunur: "Gürcüstan, Azərbaycan və Türkiyə çox sıx əməkdaşlıq edir və bu, olduqca vacibdir. TarixiBakı-Tbilisi-Qarsdəmir yolu layihəsi gələcək onilliklərdə öz effektivliyini daha da çox göstərəcək”.
banner

Oxşar Xəbərlər