• çərşənbə axşamı, 23 aprel, 23:29
  • Baku Bakı 20°C

ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

08.09.17 12:50 828
ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq
ATƏTParlament Assambleyasının növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq.
APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olanATƏTPA sədri Kristina Muttonen deyib.
O qeyd edib ki, PA sessiyalarında üzv ölkələrin nümayəndələri öz ölkələrinin problemlərini qaldırırlar, o cümlədən Azərbaycan nümayəndə heyətinin qaldırdığı bu məsələ də müzakirə olunacaq: "Parlament Assambleyası bir platformadır. Münaqişələr, problemlər, xüsusiləATƏTməkanında olan münaqişələr bu platformada müzakirə olunur.ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi var vəATƏTbu nümayəndə vasitəsilə problemi diqqətdə saxlayır.Bu məsələ danışıqlardan, debatlardan keçir. Problemin həlli ölkələr arasında kommunikasiyanın, münasibətlərin normallaşmasına gətirib çıxarar ki, bu da müsbət haldır”.
Kristina Muttonen cəbhə xəttinə səfər edib-etməyəcəyi barədə suala cavabında qeyd edib, bu dəfə cəbhə bölgəsinə səfəri gözlənilməsə də, növbəti səfərlərdə bu ola bilər.
Qeyd edək ki, dünən Azərbaycana səfəri başlayanATƏTPA sədri Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.
banner

Oxşar Xəbərlər