• cümə axşamı, 25 aprel, 18:26
  • Baku Bakı 21°C

ATƏT ölkələrinin XİN rəhbərləri sentyabrın 1-də Almaniyada görüşəcəklər

23.08.16 18:58 1081
ATƏT ölkələrinin XİN rəhbərləri sentyabrın 1-də Almaniyada görüşəcəklər
ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləri sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində görüşəcəklər.

APA-nın Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerin dəvəti əsasında baş tutacaq.

Qeyri-rəsmi görüşdəATƏTzonasında ümumi çağırışlar vəATƏT-ə üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək. Əsas diqqət böhran və münaqişələrin, o cümlədən Ukrayna böhranının həlli, terrorizmə qarşı mübarizə, silahlanmaya nəzarət məsələlərində təşkilatın fəaliyyəti kimi məsələlərə yönələcək.

Görüş dekabrın əvvəlində Hamburqda keçiriləcək AlmaniyanınATƏT-ə sədrliyinin yekunu ilə bağlıATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasına hazırlıq xarakteri daşıyır.
banner

Oxşar Xəbərlər