• cümə axşamı, 18 aprel, 23:00
  • Baku Bakı 21°C

ATƏT-in sədri Ukraynaya səfər edib

19.01.21 14:45 432
ATƏT-in sədri Ukraynaya səfər edib
İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ukraynaya səfər edib.
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk xarici səfərini Kiyevə edən Ann Lindeni burada salamlamağa şadam. Bu, Rusiyanın Ukraynaya qarşı davam edən aqressiyası nəticəsində Avropa təhlükəsizliyinə təhdidə cavab verməyin ATƏT-ə sədrlik edən İsveç üçün prioritet olmasına işarədir”, -deyə Ukrayna XİN başçısı qeyd edib.

banner

Oxşar Xəbərlər