• çərşənbə, 24 Aprel, 16:40
  • Baku Bakı 27°C

Atəşkəs dövründə 14 azərbaycanlı uşaq erməni terroru nəticəsində həlak olub, 20-si yaralanıb

24.11.17 12:15 1643
Atəşkəs dövründə 14 azərbaycanlı uşaq erməni terroru nəticəsində həlak olub, 20-si yaralanıb
"Azərbaycanaın qoşulduğu ilk beynəlxalq sənədlərdən biri "Uşaq Hüquqları haqqında Konvensiya”dır. Bu milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi. Həmçinin, Azərbaycan hökuməti bu sənəddən beynəlxalq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıb".
APA-nın məlumatına görə, bunuAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriHicran HüseynovaYAP-ın saytına müsahibəsində deyib.
Komitə sədri bildirib ki, bu hərbi münaqişə zamanı Azərbaycandan 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir.
"Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si yaralanıb".
banner

Oxşar Xəbərlər