Atasından cavab: “Siz, sadəcə, sərnişinsiniz”
Antuan Qrizmanın
atası Alen Qrizman "Barselona”nın baş məşqçisi
Kike Seteni kəskin tənqid edib.
Kaspi.az xəbər
verir ki, bir müddət əvvəl Seten Qrizmanın az oynamasına münasibət bildirərkən
belə demişdi: "Ondan üzr istəməyə hazırlaşmıram. Amma başa düşürəm ki, o,
özünün pis hiss edə bilər. Suaresi həmişə meydanda saxlamaq lazımdır, Leonu da.
Belə olanda, Qrizmana meydanda yer tapmaq çox çətindir”.
Ata Qrizman
Seteenə belə cavab verib: "Danışmaq üçün sizdə yük maşınını açarları olmalıdır.
Siz, sadəcə, sərnişinsiniz”.