• şənbə, 20 Aprel, 01:14
  • Baku Bakı 15°C

Atası jestlə işarə edir ki, onu tanıyır

23.06.20 14:00 838
Atası jestlə işarə edir ki, onu tanıyır
UFC çempionu Həbib Nurməhəmmədov koronavirusa tutulan atası Abdulmanap Nurməhəmmədovun səhhəti barədə danışıb.
Kaspi.az xəbər verir ki, Nurməhəmmədov atasının vəziyyətinin hələ də ağır olduğunu bildirib. Amma buna baxmayaraq, onun səhhətində cüzi irəliləyişin olduğunu da vurğulayıb:
"Onu vurğulayım ki, atamın vəziyyəti hələ də kritikdir. O, reanimasiyadadır. Artıq koronavirusun simptomları yoxdur.
Amma virus özündən sonra fəsadlar saxlayıb. Atamın ürəyində problem yaranıb. Buna görə də xəstəxanadadır. Virusa görə isə narahat olmağa dəyməz.
Onun yanına gedirəm, məni tanıyır. Amma ünsiyyət qura bilmirik, çünki aparata qoşulub. Məni hər gün onun yanına buraxırlar. Təxminə n 30 dəqiqə yanında oluram. Əllərindən tuturam, o isə gözlərimin içinə baxır. Ona deyirəm ki, ata, məni tanıyırsan? O isə başı ilə işarə edir ki, tanıyıram”.
banner

Oxşar Xəbərlər