• cümə axşamı, 18 aprel, 20:44
  • Baku Bakı 21°C

“AtaBank” nüfuzlu beynəlxalq yarışa dəstək verir

08.05.14 16:04 1560
“AtaBank” nüfuzlu beynəlxalq yarışa dəstək verir
Mayın 7-dən 11-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçiriləcək nüfuzlu “Tour d’Azerbaidjan” beynəlxalq veloturuna dəstək olaraq “AtaBank” ASC iştirakçıları səyyar bankomatı olan “AtaMatik” ilə müşayiət edəcəkdir. 5 gün boyunca velosipedçiləri ölkəmizin Sumqayıt, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Şamaxı və digər bölgələrində müşayiət edəcək “AtaMatik” iştirakçılara, habelə azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq.
“AtaBank” ASC-nin səyyar bankomatı olan “AtaMatik” vasitəsilə hər kəs bank kartı vasitəsilə nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara biləcək.
Öz müştərilərinə daim innovativ texnoloji imkanlar təqdim edən “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü – İcraçı direktor Elnur Osmanov bildirib ki, bank belə mötəbər yarışa dəstək verdiyi üçün qürur duyur. Azərbaycanın regionlarına mütəmadi olaraq səyahət edən “AtaMatik”dən minlərlə vətəndaşın yararlandığını qeyd edən Elnur Osmanov onu da əlavə etdi ki, əhali yarışın qrafikinə uyğun tur boyunca səyyar bankomatın imkanlarından tam faydalana bilər. “Bundan əlavə yay aylarında “AtaBank” ölkənin fərqli regionlarında, əhalinin sıx olduğu istirahət obyektlərində əhaliyə “AtaMatik”dən istifadə etmək imkanı yaradacaqdır” deyərək cənab Osmanov nitqinin sonunda idman sevərləri veloturda iştirak edəcək Azərbaycanın “Synergy Baku” komandasına dəstək olmağa çağırdı.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük banklardan biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə bankın səhifəsini ziyarət edə bilərlər - www.facebook.com/ AtaBank.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər