Ata oldu
"Arsenal”ın
futbolçusu Məsut Özil ata olub.
Kaspi.az
xəbər verir ki, futbolçunun qız övladı dünyaya gəlib. Bu barədə "tvitter”də
Özil özü məlumat verib.
Məsut
ilk dəfə ata olmağın sevincini yaşayıb. O, "tvitter”də belə yazıb:
"Şükürlər
olsun ki, qızımız Eda sağlam şəkildə dünyaya gəldi. Rəbbimiz, bizə, çevrəsinə və
bütün insanlığa xeyirli bir övlad olmasını nəsib edər, inşallah”.