AZE | RUS | ENG |


Aşura günü qan verən bəzi şəxslərdə HİV, hepatit və sifilis aşkarlanıb

Aşura günü qan verən bəzi şəxslərdə HİV, hepatit və sifilis aşkarlanıb
Azərbaycanda Aşura günü qan verən 3827 nəfərdən 122-nin qanında infeksiyalar aşkarlanıb. 
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
 
O bildirib ki, 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyaları aşkar olunub.
 
Direktor qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.
 
Qeyd edək ki, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyasında 3827 insan qan verib. Qanvermə aksiyası nəticəsində 1722,3 litr qan toplanıb. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000