• çərşənbə axşamı, 23 aprel, 22:44
  • Baku Bakı 20°C

Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanıldı

26.12.19 15:00 665
Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanıldı
Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu RPŞ-yə müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.
Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.
banner

Oxşar Xəbərlər