• şənbə, 20 Aprel, 08:43
  • Baku Bakı 14°C

Ağsu aşırımından başqa bütün yolları açıqdır

01.02.14 08:35 1284
Ağsu aşırımından başqa bütün yolları açıqdır
Bu barədə APA-ya açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
O, qeyd edib ki, magistral yollar qardan və buzdan təmizlənir, hazırda bütün istiqamətlərdə nəqliyyatın hərəkəti bərpa edilib: “Yalnız Ağsu aşırımında təhlükəli vəziyyət qaldığı orda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub”.
K. Əliyev həmçinin bildirib ki, ötən gün respublikanın avtomobil yollarında 13 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də APA-ya bildirilib ki, paytaxt yollarının böyük əksəriyyəti qardan və buzdan təmizlənib.
banner

Oxşar Xəbərlər