• cümə axşamı, 28 mart, 15:28
  • Baku Bakı 16°C

Astarada şəhid ailələri üçün tikilmiş fərdi yaşayış evləri istifadəyə verilib - Fotolar

30.09.16 14:46 1912
Astarada şəhid ailələri üçün tikilmiş fərdi yaşayış evləri istifadəyə verilib - Fotolar
Bu günƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN) tərəfindən Astara rayonunda inşa etdirilmiş 4 fərdi yaşayış evi şəhid ailələrinin istifadəsinə verilib.APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə ƏƏSMN-nin, Astara rayon İcra Hakimiyyətinin (RİH), ictimaiyyətin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev ölkədə bütün sosial proqramlar kimi, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini bildirib.

S.Mehdiyevin sözlərinə görə, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən cari ildə də respublikamızın müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər qeyd olunan insanların istifadəsinə verilib. Bu ilin ötən dövründə 241 nəfərin, o cümlədən 152 nəfər Qarabağ müharibəsi əlilinin, 89 şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.

Tədbirdə bildirilib ki, şəhid ailələrinin sosial ödənişlərlə təminatı da daim gücləndirilir. ƏƏSMN tərəfindən həmin ailələr Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar ki, 2007-ci ilin əvvəlindən təyin olunan bu təqaüdlərin məbləği ötən müddətdə 2,2 dəfə artırılıb. Bununla yanaşı, şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət ödənilir, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Pensiya təminatı sahəsində də onlara qayğı ilə yanaşılır. Belə ki, yaşa görə əmək pensiyası təyin olunmuş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə hesablanır. Əmək və məşğulluq sahəsində qanunvericilikdə şəhid ailələrinin üzvləri üçün bir sıra güzəşt və imtiyazlar da müəyyən olunub.

Şəhid ailələri adından çıxış edən Yəhya Qasımov onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildirərək, hər bir sahədə diqqət və qayğı ilə əhatə edildiklərinə, bu gün isə yeni yaşayış evləri ilə təmin olunduqlarına görə prezidentİlham Əliyevə dərin minnətdarlığını ifadə edib.

Daha sonra şəhid ailələrinin üzvlərinə yeni mənzillərin orderləri təqdim olunub və evlərə baxış keçirilib.



banner

Oxşar Xəbərlər