• cümə axşamı, 25 aprel, 00:41
  • Baku Bakı 19°C

Astanada X yubiley İqtisadi Forum işə başlayıb

15.06.17 16:00 1289
Astanada X yubiley İqtisadi Forum işə başlayıb
Bu gün X Astana İqtisadi Forumu (AİF) işə başlayıb. Forumda dünyada tanınan iri maliyyə qurumlarının, beynəlxalq təşkilatların rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, siyasətçilər, ekspert birliyinin nümayəndələri iştirak edirlər.
Əsas mövzusu "Yeni enerji - Yeni iqtisadiyyat” olan АİF-ə dünyanın 40 ölkəsindən nümayəndə qatılıb.
Bu il forum çərçivəsində IV Beynəlxalq Yeni İpək Yolu nəqliyyat-logistika forumu da keçirilir.
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov "Şərq-Qərb” istiqamətində: Yeni İpək Yolu” mövzusunda keçiriləcək plenar iclasda iştirak edəcəklər.
Forumda "Dünya, Avropa və Asiya bazarlarında tendensiyalar. Bu tendensiyaların transkontenental marşrutlara təsiri”, "Multimodal daşımaların səmərəliliyinin artırılması üzrə tədbirlər”, "Bazarın yeni seqmentlərinin yaranması, nəqliyyat-logistika kompleksinin inkişafının nəticəsi”, "Beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında dövlətlərarası əməkdaşlığın rolu”, "Avrasiya tranzit dəhlizləri: İpək Yolunun bərpası” mövzuları müzakirə olunacaq.
X Astana İqtisadi Forumunda "Transmilli istehsal gücü üzrə əməkdaşliq: "Bir kəmər və bir yol” və "Gələcəyə yol” mövzusu üzrə keçirilən plenar iclasda Türk Şurasının baş katibi Ramil Həsənov iştirak edir.
banner

Oxşar Xəbərlər