• cümə, 29 Mart, 11:34
  • Baku Bakı 5°C

Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ da dəvət ediləcək

14.01.17 20:20 981
Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ da dəvət ediləcək
Türkiyə və Rusiya Astanada keçiriləcəkSuriyadanışıqlarına ABŞ-ı dəvət etmək niyyətindədirlər.APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
"ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik”, - deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.
"Hazırkı mərhələdə hansı tərəflərin hansı səviyyədə Astanada təmsil olunacağı məsələsi nəzərdən keçirilir”, - deyə nazir qeyd edib.
Çavuşoğlu qeyd edib ki, Suriyadakı kürd terror qruplaşmalarının (YPG, PYD) nümayəndələrinin danışıqlarda təmsil olunması yolverilməzdir: "Danışıqlarda nizamlanmaya səmərəli tövhə verə biləcək tərəflər iştirak etməlidir”.
banner

Oxşar Xəbərlər