• cümə axşamı, 28 mart, 13:58
  • Baku Bakı 16°C

Ağstafada sahibkarlara güzəştli kreditlər verilib

22.09.16 16:05 1284
Ağstafada sahibkarlara güzəştli kreditlər verilib
Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Ağstafa rayonunun Göycəli kəndində keçirib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağstafada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, kartofçuluq, cins heyvandarlıq, istixana və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1769 sahibkara 102,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 221,6 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində Ağstafa və ətraf rayonlardan olan 48 sahibkara 610 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Forum çərçivəsində Ağstafa rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.
banner

Oxşar Xəbərlər