• çərşənbə, 24 Aprel, 05:30
  • Baku Bakı 14°C

Ağstafada itkin düşən ruhi xəstə qadın 1 ay sonra Bakıda tapıldı

17.10.19 21:28 1270
Ağstafada itkin düşən ruhi xəstə qadın 1 ay sonra Bakıda tapıldı
Ağstafa rayonunda itkin düşən qadın Bakıda tapılıb.
Trend-in məlumatına görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini, ruhi xəstə Bayramova Qələmkar Məhəmməd qızı bu il sentyabrın 12-də yaşadığı evdən çıxaraq itkin düşüb.
Qadın oktyabrın 14-də Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki Bakı Beynəlxalq Avtovağzalından oğlu Bayramov Məhəmməd Yasin oğlu tərəfindən tapılıb.
Qadın hazırda ev şəraitində müalicə olunur.
banner

Oxşar Xəbərlər