• çərşənbə axşamı, 19 mart, 06:32
  • Baku Bakı 8°C

Ağstafada avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb

28.06.17 13:19 1118
Ağstafada avtomobil tərəfindən vurulan piyada xəstəxanada ölüb
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Vurğun qəsəbəsində qəsəbə sakini, 1964-cü il təvəllüdlü Namiq Yusifov yolu keçmək istəyərkən rayonun Eynallı kənd sakini, 1990-cı il təvəllüdlü Ruslan Kəbıyevin idarə etdiyi VAZ 2106 markalı avtomobil tərəfindən vurulub.

Xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər