• şənbə, 20 Aprel, 00:11
  • Baku Bakı 15°C

Assosiasiya narazıdır

01.04.20 14:15 581
Assosiasiya narazıdır
İspaniya Futbolçular Assosiasiyası koronavirusa görə klubların qəbul etdiyi qərarlardan narazıdır.

Kaspi.az xəbər verir ki, koronavirusa görə çempionat dayandığı üçün klublar ERTE protokolu əsasında futbolçuların və digər əməkdaşların məvaciblərini azaldırlar. Assosiasiya da buna görə narazılığını bildirib.

Bu protokol əsasında klublar xüsusi halları əsas gətirərək müqavilələri ləğv etmək hüququna da malikdirlər. Assosiasiya koronavirus pandemiyasının bu kateqoriyaya şamil edilməməsini istəyir.


Bundan əlavə, Assosiasiya, çempionat bərpa olunacağı təqdirdə, oyunların 2 gündən bir keçirilməsinin də əleyhinədir. Bildirilib ki, belə olacağı təqdirdə, reqlament pozulacaq. Reqlamentdə göstərilib ki, qarşılaşamlar arasında 72 saat fərq olmalıdır.
banner

Oxşar Xəbərlər