• şənbə, 20 Aprel, 19:10
  • Baku Bakı 24°C

Aşqabadda sakitçilikdir

16.07.20 18:20 934
Aşqabadda sakitçilikdir
ÜST ölkənin koronavirusla mübarizəsini pozitiv qiymətləndirib

Koronavirus pandemiyası dünyanı ağuşuna aldığı vaxtdan Türkmənistan yeganə dövlət oldu ki, virusun ölkə ərazisində olmadığını iddia etməyə başladı. Əvvəlcə əksəriyyət də buna inanmadı. Nəhayət ki, rəsmi Aşqabad ölkənin qapılarını Ümümdünya Səhiyyə Təşkilatının (DST) üzünə açıb. Nəticədə türkmən hakimiyyət orqanlarının dediklərini təsdiq olunub. Aşqabadda mətbuat konfransında çıxış edən ÜST missiyasının rəhbəri KaterineSmalvudongünlük fəaliyyətinin yekunları ilə bağlı bəyan edib ki, Türkmənistanda vəziyyət pozitivdir. Xəstəxanalar bütün zəruri avadanlıqlarıa təchiz olunub, artıq ölkədə 60 min test olunub. Hökumətə tövsiyə edilib ki, "Türkmənistanda sanki COVID-19 yayılırmış kimi, vacib ictimai səhiyyə tədbirləri görsün”. ÜST-nin 10 günlük missiyası uzun yubanmadan sonra həyata keçirilib. Smalvud hökumətin "son vaxtlar daha güclü tədbirlər işə salmasını” ölkədə koronavirusun potensial yayılmasını önləmək cəhdi adlandırıb. Ancaq onu da qeyd edib ki, komandası"kəskin respirator xəstəliyin, yaxud naməlum səbəbli pnevmoniya hallarının artdığını bilir və bu məlumatlardan narahatdır”. "Pnevmoniya ağır xəstəliyə səbəb ola bilər. Bu səbəbdən nəzarət və test sistemlərini genişləndirməyi, nümunələri ÜST-nin arayış laboratoriyalarına göndərməyi tövsiyə edirik, bir çox ölkələr pandemiyanın ilkin mərhələlərində belə ediblər”,– Smalvud deyib. O vurğulayıb ki, "virusun cilovlanması hər kəsin iştirakından asılıdır”. O, "cəmiyyətin bütün cavab tədbirlərinin ayrılmaz hissəsi” olduğunu da vurğulayıb. Brifinq zamanı ekspertlər bir sıra loqistik çətinliklərin olduğunu bildiriblər.
Qeyd edək ki, qonşu Tacikistana ÜST missiyası hələ may ayında, humanitar reyslə gəlib. Türkmənistanla bağlı isə belə imkan olmayıb. ÜST nümayəndələri ölkəyə türkmən hökumətinin xahişi ilə gəliblər. Səfər zamanı Lebah regionu və Aşqabadda olublar, Özbəkistan və Əfqanıstanla sərhəd ərazidəki nəzarət-buraxılış məntəqəsinə, eləcə də, Türkmənbaşı dəniz limanına baş çəkiblər. Nəticə də belədir ki, Aşqabadın həyata keçirdiyi tədbirlər pozitiv qiymətləndirilib. Ölkə virus təhlükəsi riskini tam şəkildə aradan qaldıra bilib. ÜST ekspertləri eyni zamanda türkmən hakimiyyət orqanlarının koronavirus profliaktikası ilə bağlı tətbiq etdikləri qərarları alqışlayıblar. Bura Səhiyyə Nazirliyinin sosial məsafə saxlamaq tələbi, maska taxılması, iri şəhərlərə ticarət mərkəzləri və bazarların bağlanması, avtomobil və dəmir yolu əlaqəsinin dayandırılması daxildir”. Qeyd edək ki, türkmən hakimiyyət orqanlarının tibbi maskaları taxmaq barədə tələbi ölkə ərazisinə əlverişli olmayan hava axını səbəbi ilə bağlıdır. Bu zaman koronavirusun adı belə çəkilmir. Brifinqin sonunda ÜST rəsmisinə maska və toz məsələsi ilə bağlı sual ünvanlayıb. Ekspertlər bildiriblər ki, virusun tozla gəlməsi də istisna edilmir. Yeri gəlmişkən, koronavirusun hava ilə yayılmasını prezident Qurbanqulu Berdıməhəmmədov da dəstəkləyir. Belə mövqeni o, bu günlərdə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevlə telefon danışığında da bildirib. Maraqlıdır ki, ÜST belə bir hesabat versə də, ölkədəki diplomatik missiyalar başqa fikirdədir. Məsələn, ABŞ səfirliyi ölkədə koronavirus xəstələri olduğunu iddia edir. Daha sərt formada isə Rusiyanın bu ölkədəki səfirliyinin birinci katibi Vladimir Nestoyanovun xanımı instraqram səhifəsində yazıb: "Ölkədə koronavirusa yoluxma hallarını təsdiq edən fakt qeydə alınmayıb. Lakin biz bilirik ki, belə deyil. Xəstə çoxdur. Mən bu ölkəni çox sevirəm. Bütün qəlbimlə. Lakin gecikdirilən belə addımlardan təəssüflənirəm”. Onun sözlərinə görə, Türkiyənin Türkmənistandakı səfirliyinin dini məsələlər üzrə müşaviri Kemal Uçqun və Türkmənistan prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Yaxşıgəldi Kakayev vəfat edib. Hər iki şəxsə "pnevmaniya” diaqnoqu qoyulub.
Qərb mediası yazır ki, Türkmənistan rəsmən ölkədə koronavirusa yoluxmanın olmadığını bildirsə də, yerli xəstəxanaların pnevmaniya simptomları olanlarla dolub. Tibbi personal daxil olmaqla bəziləri vəfat edib. Bəzi yerlərdə xüsusi karantin zonalarının yaradıldığı, bəzi sənaye obyektlərinin bağlandığı xəbər verilir.
Həftənin əvvəlində isə səhiyyə rəsmiləri vətəndaşları "ağciyərləri tozdan qorumaqdan ötrü” açıq havada maska taxmağa çağırıb. Hökumət iyulun 13-də vətəndaşlardan"toza qarşı” maska taxmağı tələb edib. Səhiyyə Nazirliyinin bəyanatında deyilir ki, insanlar havada "yüksək konsentrasiyada toz” olduğundan maska taxmalıdırlar. Əhalidən azı bir metrlik sosial məsafə saxlamaq da da xahiş olunur. Rəsmilər tükmənistanlılardan xahiş edirlər ki, havada qalandan sonra kondisionerlərə çox yaxın durmasınlar. Ölkədə yay temperaturu adətən 40 dərəcəni ötür. Ötən bazar ertəsindən ictimai nəqliyyat və taksi sürücüləri maska taxmağa başlayıblar.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər