• cümə axşamı, 18 aprel, 17:04
  • Baku Bakı 22°C

"Aşqabad-2017"də 34 ölkənin idmançıları medal qazanıblar

23.09.17 16:00 1505
"Aşqabad-2017"də 34 ölkənin idmançıları medal qazanıblar
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.
AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların yeddinci günündə - sentyabrın 23-də idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, boulinq, şahmat, atçılıq, tennis, üzgüçülük, kikboksinq, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.
"Aşqabad-2017"nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.
Hesabında 69 qızıl, 51 gümüş və 62 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (17-14-40) və Özbəkistan (16-19-44) yığmaları tamamlayır.
Tailand (15-14-18) dördüncü, Qazaxıstan (14-12-21) beşinci, Çin (12-12-12) altıncı, Vyetnam (7-6-12) yeddinci, Koreya Respublikası (7-4-6) səkkizinci, Hindistan (5-6-7) doqquzuncu və Taypey (5-5-6) isə onuncu pillədə yer alıb.
İndiyədək 34 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.
Qeyd edək ki, sentyabrın 27-dək davam edəcək qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarında 6 min atlet 21 idman növündə gücünü sınayır.
Oyunlarda Asiya (45) və Okeaniya (19) ölkələrini təmsil edən 65 komanda, habelə qapalı məkanlarda və döyüş növləri üzrə Asiya Oyunları tarixində ilk dəfə Asiya Olimpiya Şurasının bayrağı altında çıxış edən qaçqınlar komandası mübarizə aparır. Yarışların keçiriləcəyi 12 gün ərzində 347 mükafatlandırma mərasimi olacaq və atletlər 1844 medal uğrunda mübarizə aparırlar.
banner

Oxşar Xəbərlər