AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

AŞPA Ştrasserin siyasi məhbuslara dair hesabatını qəbul etmədi

AŞPA Ştrasserin siyasi məhbuslara dair hesabatını qəbul etmədi

Siyasət
23 Yanvar 2013, 21:09 1334
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 23-də keçirilən plenar iclasında Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair hesabat qəbul edilməyib.

APA-nın məlumatına görə, deputatların əksəriyyəti qurumun İnsan hüquqları və hüquq məsələləri üzrə komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı hesabatın əleyhinə səs veriblər.

“Azərbaycana qarşı qərəzli mövqedən, Azərbaycana hansısa başqa məqsədlərlə yanaşmaq qətiyyən mümkün deyil”. Belə bir bəyanatla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov çıxış edib.

“Ola bilsin ki, bu kiməsə böyük məsələ kimi görünmür, amma yalnız həqiqətin təntənəsi bizim üçün çox vacibdir, çox əhəmiyyətlidir. Məhbus və insan hüquqları məsələsi əbədidir və onların üzərində həmişə işləmək lazımdır. Biz də işləyəcəyik. Amma qərəzli mövqenin axırı belə qurtarır. Çünki Kristofer Ştrasser Avropa dəyərlərini özəlləşdirmək istəyirdi. Alınmaz. Bu onun Avropa Şurası deyil, bu Azərbaycanın Avropa Şurasıdır, 20% torpağı işğal altında olan Azərbaycanın Avropa Şurasıdır, bir milyona yaxın qaçqını olan Azərbaycanın Avropa Şurasıdır. Ona görə də keçməz, keçməz və bir daha keçməz”.