• şənbə, 20 Aprel, 03:58
  • Baku Bakı 15°C

AŞPA-nın vitse-prezidentləri seçilib

25.01.21 20:00 407
AŞPA-nın vitse-prezidentləri seçilib
Bu günqış sessiyasının açılışından sonraAvropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidentləri seçilib.
Kaspi.az xəbər verir ki, AŞPA-da 17 deputat vitse-prezident vəzifəsinə bir il müddətinə seçiliblər.
Vitse-prezident vəzifəsinə seçilən deputatlar aşağıdakı şəxslərdir:
Jose Badia (Monako), Theodora Bakoyannis (Yunanıstan), Gusty Graas (Lüksemburq), John Howell (Böyük Britaniya), Kimmo Kiljunen (Finlandiya), Irakli Kobakhidze (Gürcüstan), Emanuel Mallia (Malta), Oleksandr Merezhko (Ukrayna), Arkadiusz Mularczyk (Polşa), Miroslava Nemcova (Çexiya), Zsolt Nemeth (Macarıstan), Andreas Nik (Almaniya), Lars Aslan Rasmussen (Danimarka), Pyotr Tolstoy (Rusiya), Nicole Trisse (Fransa), Laima Liucija Andrikiene (Litva) və Ahmet Yildiz (Türkiyə).
İtaliya, Niderland və Moldova nümayəndəlikləri üzrə vitse-prezident vəzifələri boş qalıb.
Vitse-prezidentlər illik sessiyanın başlanğıcında seçilir və növbəti sessiyanın açılışına qədər bu postda qalırlar. Lakin sessiyanın gedişində nümayəndə heyətinin tərkibində dəyişiklik olarsa, vitse-prezident ofisi tərk etməli olur. (APA)
banner

Oxşar Xəbərlər