• çərşənbə axşamı, 19 mart, 15:29
  • Baku Bakı 8°C

AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsiz və qərəzlidir

26.04.17 10:30 1343
AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsiz və qərəzlidir
Türkiyə uzun illər Avropa institutlarına üzv olmaq üçün gözləsə də, hər zaman müxtəlif bəhanələrlə imtina cavabları alıb. Avropa İttifaqı Türkiyədən sonra bu quruma üzv olmaq istəyən ölkələrin artıq bir çoxunu qəbul edib. Qardaş ölkəyə öz maraqlarını diktə etməkdə çətinlik çəkən Avropa, növbəti dəfə Türkiyəyə təzyiqləri artırmağı qərara alıb. Bu dəfə isə bunu Avropa Şurası Parlament Assambleyası vasitəsilə edirlər.

Belə ki, ötən gün AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi müzakirə olunub. Türkiyədəki son konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunub. Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Müzakirələr zamanı AŞPA-dakı Azərbaycan nümayəndə heyəti də öz etirazını bildirib. Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentari səs verib.

Qeyd edək ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

Mövzu ilə bağlı APA-ya açıqlamasında AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidovdeyib ki, AŞPATürkiyənin Avropa Şurasındakı əhəmiyyətini, rolunu, çəkisini axıra kimi dərk etmədi və Türkiyəyə qarşı işləyən qüvvələr Türkiyə-Avropa əlaqələrinə ciddi zərbə vurdular.
S.Seyidovun sözlərinə görə, Türkiyə bütün tənqidi məqamların üzərində düşünməyə və konstruktiv münasibətlər formalaşdırmağa hazır olduğunu bəyan etmişdi: "LakinAŞPATürkiyəni postmonitorinqdən monitorinq prosesi altına yenidən saldığına görə, bu qurumun Türkiyə ilə bağlı verdiyi bütün bəyanatlar faktiki, qeyri-səmimi bəyanatlar kimi qiymətləndirilə bilər. Çünki bir tərəfdən Türkiyə dialoqun aparılmasına hazır olduğunu bildirir, o biri tərəfdən isəAŞPAbu dialoqun, konstruktiv əməkdaşlığın əvəzinə, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. Bu da o deməkdir ki, assambleyada sanksiyalar tətbiq etmək daha üstün kateqoriya kimi götürülür, nəinki əməkdaşlıq və dialoqun aparılması. Ən maraqlısı ondan ibarətdir ki, sanksiyalar nədənsə məhz sanksiyalara layiq olan ölkələrə yox, Türkiyə, Azərbaycan və yaxud Rusiya kimi ölkələrə qarşı tətbiq edilməklə, təşkilatın özünün gələcək müqəddəratını sual altında qoyur”.
S.Seyidovun sözlərinə görə, bunlar az deyilmiş kimi,AŞPA-nın bu sessiyası böyük qalmaqalla başlayıb: "Bu daAŞPAsədri Pedro Aqramuntla bağlıdır. Çox təəssüf ki, biz qanunun aliliyini müdafiə etməyə çağırış edən bir təşkilatın öz divarları arasında qanunun aliliyinin demək olar ki, kobud şəkildə pozulmasının şahidinə çevrildik. Çünki birinci gün faktiki qeyri-qanuni üsullarla, proseduru nəzərə almadanAŞPA-nın sədrini vəzifədən çıxarmaq istəyirdilər. Bu, alınmadı, ancaq destruktiv qüvvələr həm Avropa Şurasına, həm dəAŞPAsədrinə böyük zərbə vurdular. Bu zərbə birincisi, bizim bu təşkilata inamımızı sındırdı, azaltdı. Biz başa düşdük ki, bu təşkilat nəinki öz dəyərləri müdafiə etmək iqtidarında deyil, əksinə, onları pozmağa hazırdır. Nəhayət, təşkilatda bu gün dialoq, əməkdaşlıq, qarşılıqlı anlaşma və bu kimi fikirlərin yerinə konfrontasiya, xüsusi yanaşma və qeyri-obyektivlik gündəmə gəlir. Ona görə də bu sessiyanı ümumi şəkildə xarakterizə etsək, iki mühüm xüsusiyyətini qeyd etməliyəm. Birincisi, bütün bu baş verənlərə baxmayaraq, Azərbaycan nümayəndə heyəti öz işini davam etdirir, Dağlıq Qarabağ, işğal edilmiş ərazilərimiz, qaçqın və məcburi köçkünlər məsələlərini daima gündəmdə saxlayır. İkincisi isə, burada uzun illər cücərən, formalaşan, özünü hər yerdə büruzə verən ikili standartlar yanaşması artıq partladı. Dialoq tərəfdarlarını işdən çıxartmaq və vəzifədən məhrum etmək, onlara qarşı sanksiyalar tətbiq etməklə yanaşı, ölkələrə qarşı nifrət hissi, qəbuledilməz yanaşmalar gündəmə gəldi. Ümumi şəkildə isə, əsas nəticə budur ki, bu təşkilatın gələcəyi sual altındadır”.

"Kaspi” qəzetinə açıqlamasında millət vəkili Zahid Oruc bildirib ki, Türkiyənin monitorinq altına alınması ilə bağlı xeyli müddətdir açıq və gizli şəkildə işlər aparılırdı: "AŞPA-da bu məsələ ilə bağlı maraqlı qruplar var. Bildiyiniz kimi, Avropa Şurası parlamentlərin toplusu olsa da, orada siyasi oyunlar həmişə hökumətlər, dövlətlər vasitəsilə həyata keçirilir. Qeyd edilən qrupların hər birinin üzərində konspirativ tapşırıqlar mövcuddur və onlar da bu sifarişləri müxtəlif dövrlərdə "çox uğurla” həyata keçiriblər. Avropa Şurası bir sıra hallarda müəyyən dairələrin əlində bir dəyənəkdir. Biz də bunu öz üzərimizdə yaşamışıq. Ötən bir ay ərzində Azərbaycan mediasında ölkəmiz əleyhinə olan qrupun fəaliyyəti haqqında çox müfəssəl məlumatlar təqdim olundu. Bəlli oldu ki, Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieksin rəhbərliyi altında gizli idarə olunan bir mexanizm formalaşdırılıb, onların hamısının böyük maliyyə təminatları var. Sistemli olaraq, Azərbaycanı hədəfə çevirmək üçün az qala, bir dövlət qurumu səviyyəsində fəaliyyət göstərirdilər”.

Z.Oruc qeyd edib ki, Avropa indi də Türkiyə əleyhinə prosesləri dərinləşdirir: "Yeri gəlmişkən qeyd edim ki, son referendumla bağlı Türkiyə içərisində atılan addımların qeyri-kostitusion və ya qeyri-qanuni olması haqqında məsələlər Avropa Şurasından daha kənara çıxır. Fransada, Almaniyada, o cümlədən Hollandiyada referenduma qarşı etirazlar, bəyanatlar baş nazirlərin, prezidentlərin dili ilə ifadə olunur. Məqsəd Türkiyəni uzun on illər ərzində əldə saxlayan, kəşfiyyat mərkəzləri vasitəsilə yönləndirən qüvvələrin həmin sistemin əllərindən çıxmaması üçün çalışmalarıdır. Belə olan təqdirdə, Türkiyə milli iradəsini ortaya qoyursa, onda Avropa dairələri ilə konfliktlər meydana gəlir. Baxmayaraq ki, ötən yüz il ərzində Türkiyə Avropa məkanının ayrılmaz hissəsinə çevrilib. Həm hüquqi, həm də siyasi cəhətdən onu başqa qitələrə yönləndirmək qeyri-mümkündür. Aralıq dövründə müxtəlif dövlətlərarası münasibətlər, konfliktlər ola bilər. Ancaq Türkiyəni Avropa məkanından uzaqlaşdırmaq reallıqdan kənardır. İndi də monitorinq altına almanın mahiyyəti Ərdoğan hökumətinə təzyiqlər göstərməkdir, onlara diktə etməkdir. Əlli ildən artıq bir qurumun qapısında bir dövləti saxlayasan, onun üzərindən Baltikyanı ölkələr, Şərqi Avropa və sair dövlətləri üzvlüyünə qəbul edəsən, amma Türkiyəni buna layiq bilməyəsən. Bu necə olur? Prezident üsul-idarəsinə keçməmişdən öncə bu cəmiyyətdə hansı qeyri-sistemlilik, yaxud İslam inancları, başqa etiqad problemləri yaşanırdı ki, bunu əsas götürüb Türkiyəni quruma qəbul etməyəsən”.

Deputat Z.Orucun sözlərinə görə, yəqin yeni vasitələr tapacaqlar ki, müxalif qüvvələri əldə saxlasınlar, Türkiyəni yönləndirsinlər, onun xarici siyasətinə təsir etsinlər: "Eləcə də Ərdoğanı bir sıra qərarlarından geri çəkindirsinlər. Artıq Türkiyə müxalifətinin funksiyasını Avropa Şurası öz üzərinə götürüb. Görürlər ki, Kılıçdaroğlu heç də bütün "xeyr” deyənlərin lideri deyil, çünki bu elektoratın böyük qismi CHP-dən olmayanlardır. Ona görə də axtarışdadırlar ki, başqa siyasi qüvvələr meydana çıxsın. Onlar Ərdoğanın əleyhdarlarını yetişdirəcəklər, formalaşdıracaqlar, maliyyələşdirəcəklər, tribuna verəcəklər, tez-tez Avropa Şurasının məkanına çağıracaqlar. Yəqin ki, Ərdoğanı boykot eləmək istəyəcəklər. Ancaq düçünürəm ki, Türkiyəni bu vasitə ilə cəzalandırmaq, iradəsi əleyhinə çevirmək də qeyri-mümkündür və Türkiyə Avropanın ayrılmaz hissəsi olaraq qalacaqdır. Çünki qarşılıqlı asılılıq və sair mövcuddur”.

Millət vəkili Fazil Mustafa bildirib ki, bu, AŞPA-ya daxil olan ölkələrin Türkiyəni müəyyən dərəcədə nəzarətə götürmək, aşağılamaq üçün düşündüyü bir yoldur: "Çünki Türkiyədə normal dövlət quruluşu, idarəetmə var. Bu mexanizm Türkiyəyə bilavasitə təzyiq göstərmə vasitəsidir. Siyasi qərardır və bunun hüquqla heç bir əlaqəsi yoxdur. Türkiyədə hüquqla bağlı həqiqətən müəyyən problemlər var. Bununla bağlı tövsiyə xarakterli nə isə qəbul etmək olardı. Amma bütövlükdə monitorinq altına götürülməsi bilavasitə Türkiyədə son referendumda müəyyən dərəcədə Avropanın istədiyinin baş verməməsidir. Avropa bunun üçün siyasi təzyiq göstərmək istəyirdi və son AŞPA-nın qərarı da bunlardan biridir”.

F.Mustafanın fikrincə, bu qərardan sonra yəqin ki, Türkiyə AŞPA-nın monitorinq qrupunu ölkəyə buraxmayacaq: "Onlar da Türkiyənin Avropa Şurasından çıxarılması məsələsini qaldıracaqlar. Bununla da Avropa ilə Türkiyə arasında əlaqələrdə problemlər yaranacaq”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər