• cümə, 29 Mart, 05:50
  • Baku Bakı 7°C

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

12.01.17 12:30 791
AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb
AŞPA-nın Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda Azərbaycana gəlib.
Bu barədəAPA-ya Avropa Şurasının Bakı nümayəndəliyindən məlumat verilib.
Yanvarın 14-dək davam edəcək səfər zamanı onlar Azərbaycan prezidenti, parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının rəhbəri və AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.
Həmməruzəçilərin vətəndaş cəmiyyətinin təmsilçiləri, parlamentdə təmsil olunmayansiyasi partiyaların üzvləri ilə görüşləri də nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər