• cümə, 29 Mart, 08:53
  • Baku Bakı 5°C

Səməd Seyidov: “AŞPA-da referendumla bağlı ayrıca müzakirə olmayacaq”

01.10.16 19:17 1015
Səməd Seyidov: “AŞPA-da referendumla bağlı ayrıca müzakirə olmayacaq”
"Avropa ŞurasıParlament Assambleyasında (AŞPA) Azərbaycanda keçirilən referendum ayrılıqda müzakirə olunmayacaq".BunuAPA-ya açıqlamasında AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidovbildirib.

S. Seyidov deyib ki,AŞPA-nın hər bir sessiyası başlayanda Avropa Şurasının yarım il ərzində gördüyü işlər haqqında ümumi məlumat verilir: "Ola bilər ki, bu kontekstdə Azərbaycanda keçirilən referenduma toxunulsun Ancaq ayrılıqdaAvropa ŞurasıParlament Assambleyasında Azərbaycanda keçirilən referendumla bağlı müzakirə nəzərdə tutulmayıb”.

Avropa ŞurasıVenesiya Komissiyasının Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklik və əlavələrlə bağlı rəyinə də toxunan S. Seyidov qeyd edib ki,Venesiya KomissiyasıAvropa Şurasınəzdində konsultativ bir orqandır: "Venesiya KomissiyasınaAvropa Şurasıilə bərabər 70-dən çox ölkə üzvdür.Venesiya Komissiyasıhansısa ölkədə nə isə baş verəndə, öz fikrini bildirir. Ancaq Venesiya Komissiyasının fikri, o cümlədən Azərbaycan Konstitusiyasına dəyişikliklər və əlavələrlə bağlı fikri Avropa Şurasının, yaxud hansısa qurumun mütləq, həqiqət olan bir fikri deyil. Bu, münasibətdir. Referenduma münasibətiVenesiya Komissiyasıda, Azərbaycana referendumu müşahidə etməyə gələn müşahidəçilər də, digər beynəlxalq təşkilatlar da bildirə bilər. Bu rəylərdən biri dəVenesiya Komissiyasının rəyidir. Ona görə də Venesiya Komissiyasının rəyini əsas bir rəy kimi təqdim etmək qətiyyən düzgün deyil. Müxtəlif rəylər ola bilər. Məsələn, müxalifətin, Venesiya Komissiyasının, Azərbaycana gəlmiş müşahidə missiyalarının hər birinin öz rəyi var”.

S. Seyidov qeyd edib ki, başqa rəyləri bir kənara qoyaraq hansısa məsləhətçi bir qurumun rəyini əsas rəy kimi təqdim etmək düzgün deyil.
banner

Oxşar Xəbərlər