• cümə axşamı, 18 aprel, 11:36
  • Baku Bakı 12°C

AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırılacaq

19.01.15 12:53 1115
AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırılacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında separatçı Dağlıq Qarabağ rejiminin təşkil etdiyi “məhkəmə”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə çıxardığı “hökm”lə bağlı məsələ qaldırılacaq.
Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Bununla bağlı Avropa Şurasına etiraz məktubunun göndərildiyini deyən S.Seyidov qeyd edib ki, ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı sessiya çərçivəsində komitələrin iclası zamanı qaldırılacaq müzakirə zamanı azərbaycanlı girovlara çıxarılan “hökm” də müzakirə olunacaq. Onun sözlərinə görə, separatçı rejimin beynəlxalq ictimaiyyətin gözü qarşısında oynadığı bu “məhkəmə” şousuna və onun çıxardığı “hökm”ə üzv ölkələrin iradlarının bildirilməsi, buna buna ciddi reaksiya verilməsi tələb olunacaq: “Biz həmişə olduğu kimi, tam ciddiyyətlə bu məsələ ilə də bağlı konkret faktlar əsasında tələbimizi ortaya qoyacağıq. Amma əsas odur ki, görək əməkdaşlıq etdiyimiz bu beynəlxalq təşkilat buna ikili standartla yox, həqiqi gözlə baxsın”.
Qeyd edək ki, separatçı rejimin “birinci instansiya məhkəməsi” dekabrın 19-da keçirilən prosesdə D.Əsgərova ömürlük həbs verib, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edib.
banner

Oxşar Xəbərlər