• cümə axşamı, 28 mart, 17:28
  • Baku Bakı 16°C

“ASAN Xidmət gözəl ideyadır”

27.05.14 15:41 1126
“ASAN Xidmət gözəl ideyadır”
“Bizim səfərimiz iki ölkə arasında iqtisadi, siyasi, mədəni münasibətləri daha gücləndirməyə xidmət edir”.
APA-nın məlumatına görə, bunu Avropa Azərbaycan Cəmiyyətinin dəvəti ilə Bakıda səfərdə olan Böyük Britaniya deputat nümayəndə heyətinin başçısı, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pincer deyib.
O qeyd edib ki, səfər zamanı ASAN Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar: “Bu konsepsiya bizdə çox gözəl təəssürat oyatdı. Sivili xidmətləri bir yerə yığmaq, xırda korrupsiyanın qarşısını almaq ideyası, effektivliyi artırmaq və xidmətlərin daha tez həyata keçirilməsi çox gözəl ideyadır. 5-6 il ərzində mən demək olar ki, hər il Bakıya gəlirəm. Ölkənizdə gedən inkişafı izləmək imkanım var. Yeni yollar, binalar və s. çox gözəldir. Şəhəriniz ildən-ilə inkişaf edir. Azərbaycan qaz və neft mərkəzinə çevrilir. Ölkəniz son 10 ildə çox inkişaf edib, bu inkişaf getdikcə sürətlənir”.
banner

Oxşar Xəbərlər