• cümə, 29 Mart, 12:36
  • Baku Bakı 14°C

ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs

27.03.20 17:35 1998
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan vətəndaşların zəruri ehtiyacları ASAN könullüləri tərəfindən toplanaraqwww.asanmektub.azsaytına yerləşdiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindənAZƏRTAC-a verilən məlumata görə, yardım etmək istəyən vətəndaşlar sayta daxil olmaqla seçdikləri məktublar üzrə qeyd olunanları alaraq könüllülərə təhvil verəcəklər. Alınmış ehtiyaclar isə ASAN könüllüləri tərəfindən müraciət sahiblərinə çatdırılacaq.
ƏTRAFLI
Bosch Mart Novruz
Bununla həmin kateqoriyadan olan şəxslərə evdən çıxmadan gündəlik zəruri ərzaq, dərman vasitələrinin və s. çatdırılmasında ümumvətəndaş həmrəyliyi öz töhfəsini verəcək.
Qeyd edək ki, bu günədək "ASAN Məktub” sosial proqramı vasitəsilə vətəndaşlar tərəfindən 5000-dək uşağın arzu və istəyi həyata keçirilib. Vətəndaşların 65 yaşdan yuxarı tənha şəxslərin ehtiyaclarının qarşılanması istiqamətində də həmrəy olacaqlarına və dəstəklərini əsirgəməyəcəklərinə inanırıq.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək Azərbaycanda elan olunmuş xüsusi karantin rejiminə əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib və bu kateqoriyadan olan tənha yaşayan şəxslərə sosial xidmətlərin göstərilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər