• çərşənbə, 24 Aprel, 04:20
  • Baku Bakı 14°C

«Asan İmza»nın tətbiqi genişlənir

25.07.13 10:44 1719
«Asan İmza»nın tətbiqi genişlənir
Azərbaycan Vergilər Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin daha da təkmilləşdirilməsi və təhlükəsizlik tələblərinə cavab verən «Asan İmza SİM kartı» üzrə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə sertifikat xidmətlərinin göstərilməsi ilə bağlı 2013-cü ilin may ayında Vergilər Nazirliyinin müasir tipli Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) yaradılıb.
Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, ASXM-in istismara verilməsi ilə İnternet Vergi İdarəsində hüquqi və fiziki şəxslərin on-line qeydiyyatı, POS-terminalların onlayn qeydiyyatı, ƏDV-nin depozit hesabı, elektron vergi hesab-fakturaların göndərilməsi və s. əməliyyatlar üzrə elektron xidmətlərdə Asan İmzanın tətbiqinə başlanıb.
Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinə daxil olmaq üçün verilən İstifadəçi kodu, Parol, Şifrədən istifadə edilərkən ƏDV ödəyiciləri tərəfindən aparılan əməliyyatlarla bağlı sənədlərin imzalanması üçün «Asan İmzanın (Mobil İmzanın)» tətbiqinin zəruriliyini nəzərə alaraq, ƏDV ödəyiciləri tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində «Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması» və «Elektron vergi hesab-fakturasının qəbulu» üzrə elektron xidmətlərdən istifadə sentyabrın 1-dən etibarən yalnız Asan İmza (Mobil İmza) vasitəsi ilə həyata keçiriləcək.
Yaxın gələcəkdə Vergilər Nazirliyinin elektron xidmətlərindən digər sertifikat xidmətləri mərkəzləri tərəfindən verilmiş elektron imzalar vasitəsilə də istifadə imkanının yaradılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər